Mətbəx
Dünyanın ən bahalı yeməkləri - - FOTOLAR
Hər bir insanın öz damaq dadı var. Bəziləri ekzotik dadlara meyl etmir, sadə və ucuz qida məhsulları işlədir, digər qrup isə mütəmadi olaraq ekzotik xörəkləri sınaqdan keçirir. Xüsusilə də milyonçular və prezidentlər.
Publika.az müxtəlif ölkələrin ən bahalı yeməklərinin siyahısını təqdim edir.
1. Maçutake dünyada demək olar ki, yoxa çıxmış göbələk kateqoriyasına aiddir. Belə ekzotik bitki əsasən Yaponiya ərazisində yetişir. Göbələyin nadir olması təbii şəraiti ilə bağlıdır. Məsələ ondadır ki, həşəratlar göbələyi dərhal yeyib bitirir. 500 qram maçutake 1 000 dollara başa gələcək.
2. Beyql, başqa cür desək, çörək-bulka doyumlu səhər yeməyidir. Dünyada ən bahalı beyql bulka ilə ağ truyufel, giləmyevə, yağlı pendir sayılır. Belə bulkanı hazırlamaq üçün xüsusi xərc tələb olunmur, amma ekzotik inqrediyentlərə nəticəsində hazırlanmış yeməyin qiyməti 1 000 $ -ə çatır.
3. Ağ göbələklər bütün dünyada qiymət üzrə rekord qırır. Belə ləziz dadı sınamaq sizə 160 000 $ dollara başa gələcək. Həmin məhsulun qiyməti onun yetişdirilməsində yaranan çoxsaylı çətinliklərlə bağlıdır.

4. Ən bahalı inqrediyentlərdən biri də kürüdür. Onun 30 qramı 65 dollara satılır.

5. Vaqyu inək ətindən hazırlanan steyk nadir yeməkdir. Bu inək növünün əti mərmər struktura malikdir, heyvanların özlərinə isə mütəmadi olaraq pivə içirdirlər və masaj olunur. Steykin qiyməti 2 800 dollara çatır.

6. Samundari Xazana yeməyinin qiyməti 3 200 dollardır. Əslində, bu yemək kerri sousuna bənzəyir. Lakin ətin tərkibinə ən bahalı inqrediyentlər daxildir: devon krabı, ağ göbələklər, yeməli qızıl və ağbalıq kürüsü.
7. "Royal" yeməyinin 700 qramı qurman adamlara 4 200 $ başa gələcək. Onun bu qədər baha olmasının səbəbi nadir inqrediyentlərdən ibarət olmasıdır. Buraya maral əti, xərçəng, hisə verilmiş şotland qızılbalığı və 24 karatlıq yeməli qızıl daxildir.
8. Dünyada ən bahalı qarpız Densukedir. Onun dəyəri 6 100 dollara çatır. Bu giləmeyvənin özəlliyi təkcə onun ekzotik dadı ilə bağlı deyil, onun qara rəngli qabığı çox qəribə hal hesab olunur. Qarpız yalnız Yaponiyada yetişir, onun məhsulu isə bir neçə giləmeyvə ilə məhdudlaşır.

9. "Almas" adlanan ağ ağbalıq kürüsü 999 əyarlı qızıl bankaya qoyulur, onun qiyməti 25 000 dollara çatır.
10. Dünyada ən bahalı yeməklərdən biri də Premium-frittatadır. Yeməyin tərkibinə uzunburun balığı və xərçəngin kürüsü daxildir. Ləziz yeməyin dəyəri çox yüksəkdir. Avtomobil və ev dəyərində olan yeməyin dadına ancaq milyonçular və dünya liderləri baxa bilər.
Aytən
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO







































