Mətbəx
Xəmir xörəyi “Sürhüllü”nün resepti - - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsində təbiət qoynunda isti və
kalorili xəmir xörəyi zəruridir. O, təmiz havada daha yaxşı həzm
olunur, nəinki şəhərin qaynar həyatında.
Qax rayonunun ən məşhur xəmir xörəyi olan "Sürhüllü"nü Sputnik-in
xüsusi müxbiri ev şəraitində hazırlayıb və reseptini də bizimlə
bölüşüb. Yerli adamlar deyirlər ki, əgər sən sürhüllü yeməmisənsə,
deməli Qaxda olmamısan.
Sürhüllünü hazırlamaq üçün buğda ununa azca duz vurularaq xəmir yoğrulur. Sonra xəmir əllə uzunsov formada yumrulanır, kəsilərək kiçik bərabər hissələrə bölünür. Sonra bu hissələr barmaqla çəkilir. Çəkilmiş sürhüllülərin üst hissəsi qırışmış makarona bənzəyir. Elə etmək lazımdır ki, xəmir maksimum nazik açılsın. Çəkilmiş sürhüllülər qazanda qaynar duzlu suyun içinə tökülərək 5 dəqiqə ərzində bişirilir. Sonra onlar kəfkirlə qazandan çıxarılır, suyu süzülür, dərin boşqablara, ya da buludlara tökülür. Üzərinə qabaqcadan qoyun ətindən hazırlanmış sous əlavə edilir, üzərinə ət qoyulur. Yeyərkən zövqə görə alçadan, yaxud zoğaldan hazırlanmış turşu və sarımsaq əlavə edilir.
Bu ləzzətli spesifik yerli yeməyi hətta xəmir xörəklərini xoşlamayan insanlar da çox sevirlər.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













