Mətbəx
Havalı snikers tortu - Resept
Publika.az-ın mətbəx bölməsi ağızda əriyən havalı snikers tortunun reseptini təqdim edir:
İnqrediyentlər:
6 yumurtanın sarılarını 1.5 stəkan şəkər tozu ilə çalın.
250 qram yumşaq marqarin
1 xörək qaşığı mayonez
1 çay qaşığı soda
Vanil
3 stəkan un
Hazırlanması:
Undan yumşaq xəmir yoğurun. Ondan 3 ədəd kürəcik düzəldin və yarım saat soyuducuda saxlayın.
Bu müddətdə zülal kütləsini hazırlayırıq. 6 yumurtanın ağını köpüklənənə qədər çalırıq, 2 stəkan şəkər tozunu tədricən əlavə edərək qarışdırırıq.
Xəmirin bir hissəsini götürün, əllə soba tavasında yayın. Zülal kütləsinin 1/3 hissəsini onu üzərinə çəkin. Aşağı temperaturada bişiririk.
Eyni ilə digər xəmirləri də bişiririk.
Kremı hazırlamaq üçün 200 qram yağla bir banka qatılaşdırılmış südü qarışdırırıq. Kremin yarısını birinci layın üzərinə çəkirik, arasına iri doğranmış qoz səpirik.
Beləcə 3 layı eyni şəkildə kremləyirik.
Üzərinə qarışıq şəkildə qlazur, qoz səpin. Yaxşı olardı ki, tortu axşam hazırlayıb səhər yeyəsiniz, yəni tortun 10-12 saat qalması onun dadını daha da mükəmməl edir.
Nuş olsun!
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































