Mətbəx
“Payızgülü” - ətli piroq
Publika.az-ın mətbəx bölməsi dadlı piroqun reseptini təqdim edir:
İnqrediyentlər:
Ət qiyməsi (donuz əti və ya mal) - 500 qram
Soğan - 1 ədəd
Sarımsaq - 1 diş
Su - 100 ml.
Toyuq bulyonu kubiki - 1 çay qaşığı
Pendir - 140 qram
Kərə yağı - 30 qram
Zövqə görə duz, qırmızı və qara istiot
Xəmir üçün:
Süd - 125 ml.
Qatıq - 125 ml.
Quru maya - 1 paket, 7 qram
Şəkər tozu - 1 xörək qaşığı
Duz - 1 çay qaşığı
Yumurta - 1 ədəd
Un - 500 qram
Bitki yağı - 6 xörək qaşığı
Hazırlanma qaydası:
Südə maya, şəkər əlavə edib 15-20 dəqiqə kənarda saxlayın ki, şişsin.
Südü, qatığı, şəkər tozunu, duzu, yumurtanı və bitki yağını yaxşıca qarışdırıb mayanı və ələnmiş unu əlavə edib yumşaq xəmir yoğrulur. Üzərini plyonka ilə örtüb 1 saat isti yerdə saxlayın. Sonra xəmiri iki bərabər hissəyə bölün.
Bir hissəni yenidən öz qabına qaytarıb üzərini örtün.
İkinci hissədən 3-4 mm qalınlığında yuxa yayın, lazım olduca un əlavə edin. Diametri 7,5 - 8 mm olan stəkanı yuxanın üzərinə qoyub kiçik kürəciklər kəsin. Yerdə qalan qalıq xəmirləri yenidən birləşdirin və eyni qaydada yayıb kəsin.
Stəkanın ağzı ilə kəsdiyiniz yuxaların içərisinə 1 çay qaşığı çiy içlik və bir çimdik pendir qoyun.
Sonra aşağıdakı fotolardakı kimi bağlayın.
Soba tavasını bitki yağı ilə yağlayın, eyni zamanda soba tavasına yağlı kağız sərin. Onun da üzərini yağlayın.
Hazırladığınız payızgülü formasında xəmiri yanaşı düzün. Xəmir bitəndə yerdə qalan xəmirdən eyni qaydada yuxa kəsib hazırlayın.
Südlə yumurtanın ağını qarışdırın, üzərinə sürtün.
180 dərəcə isidilmiş sobada 35-40 dəqiqə bişirin. Bişməyinə 15 dəqiqə qalmış temperaturu 170 dərəcəyə endirin. Hazır olanda üzərinə kərə yağı çəkin və 15 dəqiqə gözləyin.
Nuş olsun!
-
Hadisə01:41Rusiyada təyyarə qəzası - Ölən var
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi ən doğru qərara aparacaq
-
Magazin100:00Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO
-
İdman28 İyun 23:36Dünya çempionatında danışılmış oyun olub? - Kuznetsovdan ŞOK İDDİA
-
İdman28 İyun 22:24Nurlan Paşayev vətənə qızıl medalla dönür - FOTO
-
Cənubi Qafqaz28 İyun 22:12Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
-
Magazin128 İyun 21:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial28 İyun 21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

































