Mətbəx
Xırçıldayan pendirli çörək - Resept
Publika.az-ın mətbəx bölməsi xırçıldayan, yağlı, pendirli, sarımsaqlı çörəyin reseptini təqdim edir:
İnqrediyentlər:
Bir ədəd baton çörək
100 qram pendir
100 qram yumşaldılmış kərə yağı
2-3 diş sarımsaq
Cəfəri və şüyüd göyərti zövqə görə
Hazırlanma qaydası:
Pendiri sürtgəcdən keçirin, sarımsağı əzin, üzərinə yumşalmış kərə yağı, incə doğranılmış göyərti əlavə edib yaxşıca qarışdırın.
Sobanı 200 dərəcə isidin. Batonda kəsiklər açın, kubik formasında, amma sona qədər kəsməyin, yəni batonun altı bütov olmalıdır.
Aralarına pendirli içliyi əlavə edin. Batonu folqaya büküb sobada 20 dəqiqə bişirin. Daha sonra folqanı açın və daha 5 dəqiqə sobada bişirin. Çörəyin üzəri bir balaca qızarmalıdır.
Çörəyi iti bıçaqla doğrayın.
Nuş olsun!
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































