Mətbəx
Kökəltməyən mayasız blinçik - Resept
Publika.az-ın mətbəx bölməsi kökəltməyən mayasız bilinçikin reseptini təqdim edir:
İnqrediyentlər:
Süd və ya su - 2 stəkan
Un - 1,5 stəkan
Yumurta - 2 ədəd
Şəkər - 1 xörək qaşığı
Duz - 0,5 çay qaşığı
Bitki yağı - 2 xörək qaşığı
Hazırlanması:
Əvvəlcə xəmirin hazırlanmasının kiçik sirlərini sizlərlə bölüşürük. Unu ələkdən keçirin, bu, bilinçikin xəmirini daha yumşaq və zərif edəcək. Duru inqrediyentləri nazik şırnaqla una əlavə edin və qarışdırmağı da unutmayın ki, topalar əmələ gəlməsin.
Bilinçiklərdə deşiklərin olmasını istəyirsinizsə, xəmirə bir az qazlı su əlavə edin. Eləcə də xəmirə günəbaxan yağı tökmək lazımdır - bu xəmirə elastiklik verəcək ki, bunun sayəsində xəmirin konsistensiyası yaxşılaşacaq və tavada bişirərkən yanmayacaq.
Daha bir neçə məsləhət:
Bilinçik üçün əla növ buğda unu istifadə edin.
Süd mütləq isti olmalıdır.
Yağsızlaşdırılmış süd istifadə etmək məsləhət deyil.
Bilinçikin nazik olması üçün xəmirin duru olması şərtdir.
Bilinçikə yumurta çox vurularsa, xəmir daha kobud və bərk olacaq.
Bilinçiklərin qızardılma sirləri:
Qızartmadan öncə xəmirin özünə gəlməsi üçün 15 dəqiqə saxlayın. Bu yolla həm də çevrilmə prosesində bilinçiklər parçalanmayacaq.
Bilinçiki yaxşı qızdırılmış və dibi kərə və ya bitki yağı ilə yağlanmış tavaya tökmək lazımdır. Çuqun tava ən idealıdır. Əsas odur ki, dibi düz və qalın olsun ki, xəmir yapışmasın.
Yeri gəlmişkən, çuqun tavanı bilinçik bişirməyə hazırlamaq lazımdır. Tavanın dibini örtəcək qədər duz səpin və 20 dəqiqə ərzində arabir qarışdırın. Bundan sonra duz tökün, soyuduqdan sonra tavanı yaxşıca yuyub qurudun, xaricdən və daxildən bitki yağıyla yağlayın daha sonra onu və 180 dərəcə temperaturda sobada təxminən 30 dəqiqə saxlayın. Bundan sonra tava zərif bilinçikləri bişirməyə tam hazırdır.
Yaxşı olardı ki, taxta çömçədən və çevirmək üçün taxta kürəkdən istifadə edəsiniz.
Hazır bilinçikin üzərinə kərə yağı sürtün, bu həm xəmiri ətirli edəcək, həm də dadına dad qatacaq. Ən əsası bilinçiklər bir-birinə yapışmayacaq.
Bütün inqrediyentləri yaxşıca qarışdırın və tavada bilinçiklərinizi bişirin. Üzərinə meyvə, şokolad yağı, cem, mürəbbə çəkib süfrəyə verə bilərsiniz.
Nuş olsun!
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq