Mətbəx
Qarabaşaqlı toyuq – Resept
Bu xörəyin müəllifləri iddia edirlər ki, toyuğun şirəsində dəmlənən qarabaşağın möhtəşəm dadı olur, toyuq ətinin xmeli-suneli ədviyyatı, Holland pendiri ilə tandemi həm qidalıdır, həm də dadlı. Beləliklə, publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək ləziz qarabaşaqlı toyuq xörəyinin reseptini təqdim edir:
İnqrediyentlər:
Orta ölçülü 1 ədəd toyuq
2 stəkan qarabaşaq
Pendir 100-150 qram
Xama 2-3 xörək qaşığı
Soğan - 1 ədəd
Sarımsaq - 2-3 diş
Xmeli-suneli ədviyyatı - 1 çay qaşığı
Duz
Bitki yağı 1 xörək qaşığı
Hazırlanması:
İki stəkan yuyulmuş qarabaşağı yağlanmış soba tavasına tökün. Üzərinə xırda doğranmış 1 ədəd baş soğan, 2-3 diş xırdalanmış sarımsaq əlavə edin.
Toyuğu tikələrə bölün, duz, istiot, 1 çay qaşığı xmeli-suneli ədviyyatı əlavə edin.
Toyuğa xama çəkin. Üzərinə 1-1,5 stəkan su tökün.
Üzəri üçün Holland pendirini sürtgəcdən keçirin.
Xörəyi 1 saat sobada bişirin. Xörəyin üzəri qızılı rəngdə olmalıdır.
Nuş olsun!
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































