Mətbəx
Yay üçün buz qəliblərindən maraqlı sərinləşdiricilər - FOTOLAR
Yay gələn kimi hamımız sərinləşməyin yollarını axtarırıq. Çoxları dondurucuya buz qəliblərinə sadəcə su qoymaqla kifayətlənir. Halbuki buz qəliblərinə su ilə birlikdə meyvə qoyduqda daha effektli olur. Publika.az limonad kimi içkilər üçün ətirli buz reseptlərini təqdim edir.
Buz qəliblərinə xırda doğranmış meyvə ilə suyu tökün və dondurun.
Soyuyan qəhvəni atmaq yerinə buz qəliblərində dondurun. Üzərinə soyuq süd əlavə edərək soyuq qəhvə hazırlayın.
Hindqozu və meyvə pürelərini donduraraq limonadlar üçün əyləncəli buz qəlibləri əldə edə bilərsiniz.
Fıstıq əzməsi, şokolad və balı qarışdıraraq ləziz şokoladlı buz qəlibləri hazırlayın. Onları soyuq südə əlavə etdikdə çox dadlı olur.
Yoqurtun qalan hissəsini dondurmaq olar. Bu qəlibləri limonadın içinə atdıqda çox maraqlı dadı olur.
Bir az şokolad və üzərinə bir çiyələk qoyaraq ləziz desertlər hazırlaya bilərsiniz.
Zeytun yağı ilə təzə otları birlikdə donduraraq yeməklərdə istifadə edə bilərsiniz. Bitkinin tərkibindəki maddələr yağa keçdiyi üçün həm dadlı olur, həm də daha faydalı olur.
Siyahıda olmayan sevdiyiniz meyvələrdən də fantaziyanıza uyğun olan ətirli buz qəlibləri hazırlaya bilərsiniz.
Aytən
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































