Mətbəx
Romantikanı sevənlərin salatı – Resept
Publika.az-ın mətbəx bölməsi İtalyan mətbəxinin məşhur Romantika salatının reseptini təqdim edir:
İnqrediyentlər:
Krevetka (zolaqlı) - 500 qram
Kahı - 2 dəstə
Pomidor - 3 ədəd
Kərə yağı - 200 qram
Xama – 100 qram
Mayonez - 100 qram
Ketçup -zövqə görə
Hazırlanması:
Krevetka zirehində qaynadıqdan sonra təmizləyin. Təmizlənmiş krevetka zirehli kimi dadlı və şirəli olmur. Ona görə də təmizlənməmiş zirehli krevetka alın.
Kahı yarpaqlarını yuyub boşqaba yığın. Kahını bıçaqla deyil, əlinizlə 2-3 yerə bölün.
Kahı yığdığınız boşqaba bişirilmiş krevetkaları qoyun. Duzlayın.
Sousu hazırlayın: Xamaya, mayonez və şirin ketçup və əzilmiş sarımsağı qatın. Ketçupun qədərini özünüz müəyyən edin. Sous çəhrayı rəng alana qədər onu əlavə edə bilərsiniz. Bu salatı ilk dəfə dadanları məhz sousun, kahının və krevetkanın tandemi məftun edir.
Salatı halqa formasında doğranılmış pomidorla bəzəyin.
Salat soyuq şəkildə süfrəyə verilir.
Nuş olsun!
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































