Mətbəx
Sobada bişirilməyən albalı tortu - Resept
Publika.az-ın mətbəx bölməsi sobada bişirməyə ehtiyac olmayan albalı tortunun reseptini təqdim edir:
İnqrediyentlər:
150 qram biskvit peçenye
125 qram kərə yağı
300 qram kəsmikli pendiri
150 qram təbii yoqurt
100 qram 11%-li qaymaq
2 xörək qaşığı limon şirəsi
10 qram jelatin
50 qram şəkər tozu
Vanil
Albalı rəngli jele
Təzə albalı
Hazırlanması:
Peçenyeni blenderdə xırdalayın. Kərə yağını əridin və
xırdalanmış peçenye ilə birləşdirin.
Diametri 25 sm olan soba tavasına bişirmə kağızı sərin, üzərinə
peçenyeli xəmiri tökün və 30-40 dəqiqə soyuducuda saxlayın.
Jelatini qaymaqda yumşaldın, şişməyini gözləyin. 20-30 dəqiqə sonra buxar hamamında qarışdırın. Buxar hamamı üçün qaynayan qazanın üzərinə qabı yerləşdirmək lazımdır, qabdakı kütlə buxarın gücü ilə əriməlidir. Jelatin əriyəndə götürün. Qaynama həddinə çatdırmayın. Soyudun.
Kəsmikli pendiri limon şirəsi, yoqurt, şəkər, vanil ilə qarışdırın. Jelatindən şişmiş kremə əlavə edin və yaxşıca qarışdırın.
Kremi korjun üzərinə çəkin və 2 saat soyuducuda saxlayın ki, kremi hopsun.
Albalını tortun üzərinə səpin, üzərinə isti jele tökün. Hazır tortu soyuducuya qoyun. Bərkidikdən sonra kəsin.
Nuş olsun!
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































