Mətbəx
Fransızsayağı kartof zapekankası - Resept
Publika.az-ın mətbəx bölməsi kartofla toyuqdan hazırlanan ləziz xörəyin reseptini təqdim edir:
İnqrediyentlər:
Kartof - 600 qram
Soğan - 150 qram
Toyuq döşü - 500 qram
Bərk pendir - 250-300г qram
Sarımsaq - 3-4 diş
Xama - 250-350 ml.
Mayonez - 2 xörək qaşığı
Duz, istiot, ədviyyat
Hazırlanma qaydası:
Toyuq döşünü incə doğrayın. Sarımsağı xırda-xırda doğrayın. Mayonezi, doğranmış toyuq ətini, duzu, istiotu və ədviyyatları qarışdırın və 20 dəqiqə saxlayın.
Soğanı nazik halqa şəklində doğrayın.
Pendir sürtgəcdən keçirin.
Kartofa xama və ya qaymaq, duz, istiot, ədviyyat vurun.
Toyuğu soba tavasına qoyun, üzərinə kartofu yığın. Soğanı orta qata düzün. Sürtgəcdən keçirilmiş pendiri də üzərindən səpin. Layları təkrarlayın. Hər laydan iki qat alınmalıdır. Üst qata pendiri çox səpin.
Zapekankanı 180 dərəcə isidilmiş sobada 35-55 dəqiqə bişirin.
Nuş olsun!
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































