Trampdan Rusiyaya GÖZDAĞI: bombardman sonrası...
Bizi izləyin

Yaxın Şərq

Trampdan Rusiyaya GÖZDAĞI: bombardman sonrası...

ABŞ prezidenti Donald Tramp Suriyada İngiltərə və Fransa ilə birgə keçirdikləri əməliyyatdan sonra ilk bəyanatını verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı qarşıya qoyulan hədəfə çatdıqlarını bildirib.

“Suriyada bundan daha yaxşı nəticə olmazdı, missiya müvəffəqiyyətlə tamamlandı. İngiltərə və Fransaya təşəkkür edirəm”, - Amerika lideri tvitterdə yazıb.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin “Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm