ABŞ Suriyanı növbəti zərbələrlə HƏDƏLƏDİ
Bizi izləyin

Yaxın Şərq

ABŞ Suriyanı növbəti zərbələrlə HƏDƏLƏDİ

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib.

Publika.az xəbər verir ki, ABŞ rəsmisi növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınacağı təqdirdə prezident Donald Trampın Suriyaya yeni zərbələr endirilməsi barədə əmr verəcəyini bildirib.

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa şənbə gününə keçən gecə Suriyanın hökumət obyektlərinə raket zərbələri endiriblər. Ölkə rəhbərlərinin fikrincə, həmin obyektlər kimyəvi silahın istifadəsində istifadə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm