İsraillə "Həmas" RAZILAŞDI
Bizi izləyin

Yaxın Şərq

İsraillə "Həmas" RAZILAŞDI

İsrail və "Həmas"ın atəşkəslə bağlı razılığa gəldikləri haqqında məlumat yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Həmas"ın yaydığı məlumata görə, İsraillə atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub. Lakin yayılan məlumata İsrail tərəfindən heç bir mövqe bildirilməyib.

Yayılan məlumatı təsdiq etməyən İsrail mediası isə Təl-Əvivin də eskalasiyada maraqlı olmadığı haqqında məlumat dərc edib.

Xatırladaq ki, sözügedən razılaşma haqqında daha əvvəl də məlumat yayılmışdı. Razılaşmanın Misir vasitəsilə əldə olunduğu deyilirdi. Lakin hər iki tərəf arasında davam edən gərgin münasibətlər informasiyanın əsassız olduğunu sübuta yetirmişdi.

Qeyd edək ki, dünən İsrail hərbçiləri Qəzza zolağına, "Həmas" isə İsrail ərazisinə raket zərbələri endirib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm