MAQATE İsrail kəşfiyyatının İrandan oğurladığı sənədləri araşdırmağa başladı
Bizi izləyin

Yaxın Şərq

MAQATE İsrail kəşfiyyatının İrandan oğurladığı sənədləri araşdırmağa başladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə proqramı üzrə İsrailin əldə etdiyi məlumatları araşdırmağa başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MAQATE-nin baş direktoru Yukiya Amano bildirib.

“Biz İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat konfransına baxdıq. Bizim ilk fikir mübadiləmiz oldu. Biz informasiyanı öyrənməyə başladıq və bu, çox vaxt tutacaq”, - Amano mətbuat konfransında jurnalistlərə deyib.

Xatırladaq ki, aprelin 30-da İsrailin baş naziri İsrail kəşfiyyatının (MOSSAD) İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığını yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, İsrailin Tehranda gizli hərbi nüvə proqramının olmasına dair ittihamları "köhnədir" və ötən illərdə MAQATE tərəfindən baxılıb.

Bundan tezliklə sonra, mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun 2015-ci ildə beynəlxalq vasitəçilərin (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) İranla imzaladığı nüvə sazişdən çıxdığını elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm