Liviya sahillərində 115 miqrant xilas edildi
Bizi izləyin

Yaxın Şərq

Liviya sahillərində 115 miqrant xilas edildi

Liviyanın Sahil Mühafizəsinin katerləri ölkənin cənub-qərbindəki Surman şəhəri sahillərində 115 miqrantı xilas ediblər.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Birlik hökumətinə tabe olan Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.

Məlumata görə, miqrantların olduğu gəmi Surman şəhəri sahilindən 10 kilometr məsafədə aşkarlanıb. Afrikanın müxtəlif ölkələrindən olan miqrantlara zəruri yardım göstərilib. Bundan sonra onlar Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsi Mərkəzinə çatdırılıblar.

Qeyd edək ki, iyunun 29-da Tripoli sahillərində gəmi qəzası baş verib. Nəticədə 3 miqrant ölüb, 16 nəfər xilas edilib. Hadisə zamanı 100-dən çox miqrant itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm