İŞİD 14 qadını... - Terror təşkilatı tələblərini açıqladı
Bizi izləyin

Yaxın Şərq

İŞİD 14 qadını... - Terror təşkilatı tələblərini açıqladı

İŞİD terror qruplaşmasının döyüşçüləri iyulun 25-də Suriyanın cənubunda yerləşən Es-Suveyda əyalətinə hücum zamanı girov götürdüyü 14 qadından ibarət qrupun üzərində divan təşkil etməklə hədələyirlər.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al Masdar” portalı bildirib.

Portalın məlumatına görə, terrorçular qadınların qohumlarına təhdid dolu müraciətlər edərək pul tələb edirlər. Bundan başqa, döyüşçülər Suriya komandanlığından Es-Suveydanın şimali-şərqində əməliyyatın dayandırılmasını və onların Suriya səhrasına təhlükəsiz keçidə şərait yaradılmasını istəyirlər.

Qeyd edək ki, Es-Suveyda paytaxt Dəməşqin 92 kilometrliyində yerləşir və eyni adlı əyalətin inzibati mərkəzidir. Terrorçular çərşənbə günü burada terror aktları həyata keçirdilər. 246 nəfər terror aktlarının qurbanı olub.

İŞİD dəstələri həmçinin bir neçə kəndi tutdular. Sonradan Suriya ordusu və xalq qoşununn dəstələri kəndləri azad etsələr də, terrorçuların əlində 60-dan çox girovun olduğu təxmin edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm