Yaxın Şərq
ABŞ Suriyadan çıxmaq üçün şərtini açıqladı – MİSSİYA DƏYİŞDİ
İran və onun nəzarətində olan güclər Suriyada qaldığı müddətdə Amerika qoşunları bu ərəb ölkəsinin ərazisini tərk etməyəcək.
Publika.az “Vaşinqton Post” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.
Nəşrin yazdığına görə, Ağ Evin rəsmi beləliklə, siqnal verdi ki, Tramp administrasiyası Suriyadakı missiyasını yalnız İŞİD üzərində qələbəylə məhdudlaşdırmamağa qərar verib.
Daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dəfələrlə bildirib ki, Suriyada ABŞ-ın hərbi missiyası İŞİD üzərində tam qələbənin qazanılması ilə başa çatacaq. Suriyada İran güclərinə qarşı mübarizə indiyə kimi ABŞ-ın hərbi missiyasının bir hissəsi olaraq göstərilmirdi.
Boltonun bəyanatından sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqonda çıxış edərək vurğulayıb ki, İŞİD üzərində qələbə Vaşinqtonun hərbi missiyasının hədəfi olaraq qalır.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ