Təl-Əvivdə kriminal müharibə: avtoritet öldürüldü - YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

Təl-Əvivdə kriminal müharibə: avtoritet öldürüldü - YENİLƏNDİ

Partlayış nəticəsində 30 yaşlarında iki kişi həlak olub, daha biri zərər çəkib. İsrailin "Kan" teleradio korporasiyasının xəbərinə görə, həlak olanlardan biri cinayətkar qruplaşmanın başçısının "sağ əli"dir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə kriminal xarakterə malikdir və cinayətkar qruplaşmalar arasında müharibəylə bağlı ola bilər.

Polis həlak olanların adlarını açıqlamayb, ancaq onların adları polis daha əvvəllər məlum idi.

İkinci avtomobilin birinci partlayışdan sonra yandığı bildirilir.

***

Təl-Əvivdə avtomobil partladılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hatikva yaşayış kvartalında baş verib.

Partlayış nəticəsində, ilkin məlumatlara görə, 2 nəfər həlak olub. Yaralananların sayı barədə dəqiq məlumat yoxdur. Amma yerli KİV ən azı bir nəfərin xəstəxanaya yerləşdirildiyini yazıb.

Qeyd edilir ki, partlayışdan sonra iki avtomobil yanıb.

Hadisə yerində polis əməkdaşları və yanğınsöndürənlər işləyirlər. Hadisənin şəraiti aydınlaşdırılır. Hüquq-mühafizə orqanları partlayışın planlaşdırıldığını istisna etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm