Yaxın Şərq
Müsəlmanları hiddətləndirəcək BƏYANAT: daha bir ölkə...
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı tanıyır, ancaq ölkə səfirliyi regionda möhkəm sülh təmin olunana kimi Təl-Əvivdə qalacaq.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avstraliya hökumətinin başçısı Skott Morrison bildirib.
Morrison qeyd edib ki, Kanberra “iki xalq üçün iki dövlət” prinsipinin davamlı tərəfdarıdır və paytaxtı Şərqi Qüds olan dövlətin qurulması haqqında fələstinlilərin ümidlərini anlayır.
Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bu il mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bunun ardınca, Qvatemala və Paraqvay analoji addım atıb. Lakin sonradan Paraqvay öz qərarını təkrar gözdən keçirərək geri addım atıb.
Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.
Şəhərin həll edilməmiş statusuna və onun şərq hissəsinə fələstinlilərin iddialarına baxmayaraq, Braziliya, Avstraliya və Çexiya rəhbərliyi səfirliklərin mümkün köçürülməsi haqqında açıq danışırlar.
Bu yaxınlarda isə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib ki, İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.
“Bir sıra ölkələrlə səfirliklərin mümkün köçürülməsi haqqında danışıqlar aparılır. Onların sayı təxminən ondur”, - agentliyin həmsöhbəti deyib.
Lakin nazir hansı dövlətlərdən söhbət getdiyini dəqiqləşdirməyib.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

