Yaxın Şərq
Netanyahu ona Baş nazir postunu təklif etdi
İsrailin Baş naziri Benyamin Netanyahu “Yaşar” partiyasının lideri Qadi Ayzenkota dərhal Baş nazir vəzifəsini tutmağı təklif edib.
Publika.az xəbər verir ki, “Likud” partiyasının yaydığı bəyanatda Netanyahu ilə Ayzenkot arasında keçirilən danışıqlardan sonra yayılan məlumatlara aydınlıq gətirilib.
Bildirilib ki, Netanyahunun təhlükəsizlik sahəsindəki vəziyyətlə əlaqədar bir neçə aydan sonra vəzifə rotasiyasına başlamağı təklif etdiyi barədə məlumatlar həqiqəti əks etdirmir.
Bəyanata əsasən, Netanyahu Ayzenkota danışıqları sürətləndirməyi və dərhal Baş nazir vəzifəsinə keçməyi təklif edib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri 27 oktyabr 2026-cı ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən, 120 yerlik Knessetdə Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla birinci, Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası isə 21 mandatla ikinci yeri tutub.
Naftali Bennetin rəhbərlik etdiyi “Birlik” (“Beyachad”) partiyası 12 mandat qazanıb. Ərəb partiyalarının birgə siyahısı 11, “Demokratlar” və “Raam” partiyaları isə hərəyə 8 mandat əldə ediblər.
“Yisrael Beiteinu”, “Otzma Yehudit” və “Yəhudat HaTora” partiyalarının hər biri 7, “Dini Sionizm” və “Şas” partiyalarının hər biri isə 6 mandat qazanıb.
İsrail parlamentində hökumət formalaşdırmaq üçün 61 deputatın dəstəyi tələb olunur. Seçkilərdən sonra nə “Likud”un rəhbərlik etdiyi blok, nə də Ayzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi müstəqil şəkildə bu çoxluğu təmin edə bilib.
-
Sosial22:48“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” - “Səbail”in prezidenti
-
İdman21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR




































