ABŞ ordusu axşam saatlarında hərəkətə keçdi - FOTO
Bizi izləyin

Yaxın Şərq

ABŞ ordusu axşam saatlarında hərəkətə keçdi - FOTO

ABŞ Suriyadakı qoşunların növbəti hissəsi bu ölkədən çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu axşam saatlarında Suriyanın Haseke şəhəri istiqamətindən gələn təxminən 200 avtomobildən ibarət hərbi kolon Qamışlı mahalından İraqa hərəkət edib.

Hərbi kolonun hərəkəti Türkiyənin Mardin vilayətinin Nuseybin mahalından müşahidə olunub.

Qeyd edək ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesinə yanvarın 11-də başlanılıb. ABŞ Prezidenti Donald Tramp 2018-ci il dekabrın ortalarında Suriyada İŞİD üzərində qələbəni elan edib və bildirib ki, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm