Amerika təyyarəsi Rusiya bazalarına yaxınlaşdı
Bizi izləyin

Yaxın Şərq

Amerika təyyarəsi Rusiya bazalarına yaxınlaşdı

Amerika hərbi təyyarəsi Xmeymimdə yerləşən Rusiya təyyarə bazası və Tartur dəniz donanmasının bazası yaxınlığında kəşfiyyat həyata keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “PlaneRadar” aviasiya resursunun məlumatlarında deyilir.

168857 bort nömrəsi olan “P-8A Poseidon” ötən gün Siciliya adasında yerləşən Siqonella NATO təyyarə bazasından səmaya qalxıb. Hava gəmisinin uçuşu Suriyanın Latakiya vilayəti və Livanın sahil ərazisində qeydə alınıb. Uçuş 6,6 kilometr hündürlükdə həyata keçirilirdi, hərəkət sürəti saatda 732,7 kilometr təşkil edib.

Təyyarə göstərilən ərazidə bir neçə dəfə uçub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm