Xaftarın ordusu Tripoli aeroportuna nəzarəti ələ keçirdi
Bizi izləyin

Yaxın Şərq

Xaftarın ordusu Tripoli aeroportuna nəzarəti ələ keçirdi

Feldmarşal Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanı üzərində nəzarəti tam ələ keçirdiklərini elan edib.

Publika.az xəbər verir ki, müvafiq bəyanat Silahlı Qüvvələrin rəsmi “Facebook” səhifəsində yerləşdirilib. Məlumatda hava limanının yaxın bir neçə saat ərzində paytaxtdakı digər vacib obyektlərin ələ keçirilməsi üçün meydan olacağı qeyd edilir. Tripoli Beynəlxalq aeroportu 2014-cü ildə gedən ağır döyüşlər zamanı tam dağıdılıb və artıq 5 ildir fəaliyyət göstərmir.

Al Arabiya telekanalının yaydığı digər xəbərə görə, Liviya Milli Ordusunun hissələri bir qədər əvvəl Tripolinin mərkəzindən 10 kilometr məsafədə yerləşən Hallya-əl-Furcan rayonuna daxil olub. Hələlik bu informasiya rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Bəzi məlumatlara görə, Haftarın tərəfdarları paytaxtın cənub-şərq hissəsində bir neçə rayona nəzarəti ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib.

Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftarla əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm