Bağdad ABŞ və İran arasında vasitəçiliyi təklif etdi
Bizi izləyin

Yaxın Şərq

Bağdad ABŞ və İran arasında vasitəçiliyi təklif etdi

İraq ABŞ və İran arasında böhranın nizama salınması üçün vasitəçi kimi çıxış etməyi təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı İraqın xarici işlər naziri Məhəmməd Əli əl-Hakim bildirib.

“Biz kömək etməyə və vasitəçi kimi çıxış etməyə çalışırıq”, - o deyib.

İraqlı nazirin sözlərinə görə, Bağdad münasib həllin əldə olunması üzərində işləyəcək. O vurğulayıb ki, İraq Vaşinqton tərəfindən təşəbbüs edilmiş birtərəfli addımlara qarşı çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm