
İsrail hərbçiləri Suriyanın Kuneytra əyalətində kəndi raket atəşinə tutublar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın dövlət telekanalı bildirib.
“İsrail Tell aş-Şaar kəndinə raketlə zərbələr vurdu. Yaralıların olduğu və hərbi texnikanın zərər çəkdiyi bildirilir”, - “Syria TV” telekanalı xəbər verib.
Suriyadakı hərbi mənbə “RİA-Novosti”yə bir nəfərin öldüyünü, birinin isə yaralandığını bildirib.