SON DƏQİQƏ: hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının Jizan hava limanına hücum edib.

Publika.az xəbər verir ki, hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Husilərin hərbi sözçüsü Yəhya Sariya feysbuk hesabından verdiyi açıqlamada bildirib ki, hücum hava limanının işinə əngəl törədib.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm