İraqda internet yenidən kəsildi
Bizi izləyin

Yaxın Şərq

İraqda internet yenidən kəsildi

İraqın Daxili İşlər Nazirliyi ölkədə internetin müvəqqəti kəsildiyini elan edib.

Publika.az xəbər verir ki, bu haqda İraqın INA informasiya agentliyi bildirib.

İdarə qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik, yoxsulluq, korrupsiya və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran etiraz aksiyaları oktyabrın 1-dən keçirilir. Polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb. Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.

Şiə imamı Muktada as-Sadr parlamenti istefa verməyə və beynəlxalq müşahidəçilərin nəzarəti altında növbədənkənar seçkiləri keçirməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm