Putin Ərdoğan və Trampla niyə danışmayıb? - Peskov açıqladı
Bizi izləyin

Yaxın Şərq

Putin Ərdoğan və Trampla niyə danışmayıb? - Peskov açıqladı

“Putin Suriyada baş verənləri Tramp və Ərdoğanla müzakirə etməyib”.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Suriya böhranı və Türkiyənin hərbi əməliyyatları ilə bağlı danışan sözçü qeyd edib ki, Vladimir Putin hələ amerikalı və türk həmkarları ilə əlaqə saxlamayıb.

Dmitri Peskov həmçinin qeyd edib ki, ABŞ əsgərlərini Suriyadan geri çəkmək barəsində Rusiyaya məlumat verməyib: Oradan hansı əsgərlərin çəkildiyi, saylarının nə qədər olduğu, çəkilib-çəkilmədiklərini hələ ki bilmirik”.

Qeyd edək ki, Rusiya-İran-Türkiyə üçlüyü mütəmadi olaraq Suriyada vətəndaş müharibəsinin başa çatması, yeni konstitusiyanın qəbul edilməsi və digər məsələlərlə bağlı zirvələr təşkil edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm