• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Ermənilər HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-la razılaşma əsasında cəbhə xəttindən...

Ermənilər HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-la razılaşma əsasında cəbhə xəttindən...

Suriyanın Təl Abyad və Ras əl Eyn şəhərlərində kilsələrdə qurduğu raket buraxanlar vasitəsilə xristianları hədəf alan PKK/SDQ terror təşkilatı məqsədinə nail ola bilməyincə planını dəyişib.

Publika.az xəbər verir ki, təşkilat Hasekenin Təl Təmr qəsəbəsində süryaniləri cəbhə xəttinə göndərib.

“Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu xristianları qətlə yetirir” təəssüratı yaratmaq istəyən terrorçular xristianların da cəbhəyə göndəriləcəyini bildirib.

Barış Pınarı” əməliyyatının başlandığı ilk günlərdə məcbur şəkildə Ras əl Eynə göndərilməsi nəzərdə tutulan süryanilərin bir hissəsi PKK/SDQ-dən ayrılmışdı.

Ermənilər hərəkətə keçdi

Oyuna ötən ilin aprel ayında Təl Təmrdə təşkil edilən və “Nubar Ozanyan” adı verilən erməni taboru da daxil edilib. 1915-ci il hadisələrindən sonra Suriya və Livana köçən ermənilərin nəvələri tərəfindən qurulan tabor eyni xətdə TSQ və SMO-nun qarşısına yerləşdirilib. Daha əvvəl taborun bir hissəsinin Ras əl Eynə göndərildiyi, lakin ABŞ ilə Türkiyə arasında əldə olunan razılaşma əsasında oradan geri çəkildiyi qeyd olunmuşdu.

Yevangelistlər səhnədə

Bundan başqa, Suriyanın şimalında qurulması planlaşdırılan terror dövlətinin ən böyük dəstəkçisi ABŞ-dakı yevangelistlər də PKK ilə birgə hərəkət edir. Onların yayım orqanı CBN “İsrail” məxrəcilə verdiyi xəbərdə TSQ və SMO-nun etnik xristianları hədəf aldığını, “Barış pınarı” əməliyyatından sonra 150 min xristianın köç etmək məcburiyyətində qaldığını bildirib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR