İran ordusu açıqladı - Təl-Əvivi və daha 34 məntəqəni hədəfə aldıq
Bizi izləyin

Yaxın Şərq

İran ordusu açıqladı - Təl-Əvivi və daha 34 məntəqəni hədəfə aldıq

“Aralarında İsrailin paytaxtı Təl-Əviv də olmaqla ABŞ-ın bölgədəki həyati əhəmiyyətli 35 məntəqəsi İran ordusunun hədəfindədir”.

Publika.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Qulam Əbu Həmzə belə açıqlama verib. O bildirib ki, bu hədəflər bir müddət əvvəl müəyyən edilib. Hörmüz boğazından və Oman dənizindən ABŞ-a məxsus hərbi gəmilərin keçdiyinə diqqət çəkən komandan, həmin vasitələrin də hədəfdə olduğuna işarə edib.

Komandanın sözlərinə görə, ABŞ ordusu tərəfindən öldürülən “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin qisası alınacaq.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm