İranda anti-terror əməliyyatı - Ölənlər və yaralananlar var
Bizi izləyin

Yaxın Şərq

İranda anti-terror əməliyyatı - Ölənlər və yaralananlar var

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ölkənin Kürdüstan vilayətində xüsusi əməliyyat keçirərək terror qruplaşmasını zərərsizləşdirib.

Publika.az xəbər verir ki, Sepahın açıqladığı məlumata görə, əməliyyat nəticəsində 2 terrorçu məhv edilib, 4-ü yaralanıb, 16-ı isə tutulub. Tutulan şəxslərin evlərində və iş yerlərində aparılan axtarış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Sepahın açıqlamasında bildirilir ki, terror qrupunun bəzi üzvləri xarici qüvvələr tərəfindən diversiya və terror aktları törətmək məqsədilə İrana göndərilib.

Qeyd edək ki, ötən ayda da İranın Kürdüstan vilayətində xüsusi əməliyyat keçirilib və nəticədə Sepahın 1 nəfər əsgəri həlak olub.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm