İsraildə koronavirusun ikinci dalğası başladı
Bizi izləyin

Yaxın Şərq

İsraildə koronavirusun ikinci dalğası başladı

İsraildə koronavirusun ikinci dalğasının başladığı elan edilib.

Publika.az İsrail mətbuatına istinadla xəbər veri ki, bu barədə məlumat İsrail ordusunun (SAXAL) Hərbi Kəşfiyyat İdarəsinin nəzdində fəaliyyət gösrən COVİD-19-la Mübarizə Milli İnformasiya Mərkəzinin və Səhiyyə Nazirliyinin birgə hesabatında yer alıb.

Bildirilir ki, ölkədə epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm hallarına səbəb ola bilər.

İsraildə yenidən sərt ümummilli karantinin tətbiqi istisna olunmur.

"İkinci dalğanın əsas səbəbləri vətəndaşların tibbi maskadan istifadəyə və koronavirusun digər profilaktika tədbirlərinə laqeyd, səhlənkar yanaşmaları var", - hesabatda deyilir.

Mayda İsraildə gündəlik yoluxma sayı 20 idisə, indi bu göstərici 300-ə çatıb.

İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, əgər tibbi maskadan istifadə və sosial təcrid məsafəsinə riayətlə bağlı tələblər kütləvi şəkildə pozulmağa davam edərsə, hökumət ölkədə tam lokdaun tətbiq etməyə hazırdır.

Bildirək ki, bu günədək İsraildə 21 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 307 nəfər vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm