İsraillə Rusiyanın şok anlaşması: İranın mövqeləri vuruldu
Bizi izləyin

Yaxın Şərq

İsraillə Rusiyanın şok anlaşması: İranın mövqeləri vuruldu

Ötən gecə Suriyaya endirilən hava zərbələrinin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir Suriya İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Əbdülrəhman mediaya açıqlamasında bu zərbələr nəticəsində 5 iranlı hərbçinin öldüyünü deyib.

Onun sözlərinə görə, 23 iyun gecə saatlarında Deyr əz-Zor və Süveyda bölgələrini İsrailə məxsus 4 qırıcı bombardman edib.

“İran hərbi qüvvələrinə aid bir bina və İrandan Suriyanın Süveyda bölgəsinə silah daşıyan karvan hədəfə alınıb. Hücumlarda 5 İran hərbçisi ölüb”, - o deyib.

Rami Əbdülrəhman iddia edib ki, İsrail qırıcılarının Suriyada İranın mövqelərinə qarşı hücumları ruslarla tam koordinasiya edilib. Onun dediyinə görə, ruslarla amerikalılar Suriyada İranın hərbi varlığına son qoymaq üçün İsraillə razılığa gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm