Məşhur gürcü milyonçu siyasətə qoşuldu
Bizi izləyin

Yaxın Şərq

Məşhur gürcü milyonçu siyasətə qoşuldu

Özünün rusiyayönlü çıxışları ilə seçilən gürcü milyonçu Levan Vasadze siyasətə qoşulmaq qərarına gəlib.

Publika.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, o, bunun üçün "Birlik, Mahiyyət və Ümid Hərəkatı"nı yaradıb. Vasadzenin hərəkatı təkcə "Gürcü Arzusu"nu yox, həm də müxalifəti tənqid edir və bu addımını Gürcüstanın suverenliyinin təhdid altında olmasıyla izah edir.

“Mən özümdən soruşdum ki, sənin üçün son damla nə oldu? Mənim üçün bu, şəxsən müxalifətlə iqtidar arasında imzalanan Danielson sənədi idi. Qanun pozucularını həbsdən buraxmaq çox çətin qərarla bərabər ölkənin suverenliyinə kobud qəsd oldu”, - Vasadze bildirib.

Qeyd edək ki, gürcü ekspertlər Vasadzeni Rusiyanın layihəsi adlandırırlar. Onlar Vasadzenin Tiflisə qarşı aparılan hibrid müharibənin bir hissəsi olduğunu iddia edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm