Tehranla Ər-Riyadın gizli danışıqları: Yaxın Şərqdə kartlar qarışır
Bizi izləyin

Yaxın Şərq

Tehranla Ər-Riyadın gizli danışıqları: Yaxın Şərqdə kartlar qarışır

Səudiyyə Ərəbistanı və İran münasibətləri bərpa etmək üçün birbaşa danışıqlar aparır.

Publika.az
xəbər verir ki, bu barədə “Financial Times” nəşri özəl mənbələrinə istinadən yazır.

Nəşr yazır ki, danışıqların ilk raundu aprelin 9-da Bağdadda baş tutub: “Tərəflər husilərin Səudiyyə ərazisində sistematik hücumları məsələsini müzakirə edib, danışıqlarda müsbət nəticələr əldə olunub”.

Məlumata görə, danışıqlar prosesində vasitəçiliyi İraqın baş naziri Mustafa əl-Kazimi edir. İraq və İran bu məlumata şərh verməkdən imtina edib.

Bu informasiyanın yayılması iki kontekstdə diqqət çəkir.

Birincisi, Baydenin Yaxın Şərqə səfəridir: ABŞ prezidenti İsrail, Fələstin, daha sonra Səudiyyə Ərəbistanını ziyarət edib. Məqsəd İsrail-Fələstin münasibətlərini normallaşdırmaq, Ər-Riyad başda olmaqla Körfəz ölkələrini İran və Rusiyaya qarşı vahid cəbhədə birləşdirməkdir;

İkincisi, Türkiyə, İran və Rusiya liderlərinin sabah Tehranda gözlənilən görüşüdür: bu görüş Suriya başda olmaqla Yaxın Şərqdəki perspektivləri də müəyyənləşdirəcək.

Görünür, Bayden Ər-Riyadda istədiyinə nail ola bilməyib. Bunun fonunda İsrail-Türkiyə yaxınlaşması da diqqət çəkir. Ankara-Moskva-Tehran üçbucağı ilə körfəz ölkələrinin yaxınlaşması mümkündür. İsrail isə İran istisna olmaqla regionun digər ölkələri ilə problemlərini yoluna qoymağa çalışır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm