Ukraynanın bu addımı İsraili QƏZƏBLƏNDİRDİ - Təl-Əvivdən XƏBƏRDARLIQ
Bizi izləyin

Yaxın Şərq

Ukraynanın bu addımı İsraili QƏZƏBLƏNDİRDİ - Təl-Əvivdən XƏBƏRDARLIQ

İsrail BMT Baş Assambleyasının 4-cü Komitəsinin cümə günü keçirilən səsverməsindən ( xüsusi siyasi və müstəmləkəsizləşdirmə məsələləri üzrə - red.) narahatdır.

Publika.az “Reuters”-ə istinadla xəbər verir ki, Komitə, Fələstinin “1967-ci ildən işğal olunmuş Fələstin ərazisinin İsrail tərəfindən uzunmüddətli işğalı, məskunlaşması və ilhaqı”nın hüquqi statusu ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə sorğu təqdim etmək təklifini səs çoxluğu ilə təsdiqləyib.

Müvafiq qətnamə BMT Baş Assambleyasının səsverməsinə çıxarılmalıdır. Təsdiq edilsə, Beynəlxalq Ədalət Məhkəməsi İsrailin “ilhaqının” bütün dövlətlər və bütövlükdə BMT üçün hüquqi nəticələri barədə qərar verə biləcək. Yəni gələcəkdə məhkəmə qərarları məcburi olmasa da, İsrailə və ya ayrı-ayrı israilli siyasətçilərə qarşı sanksiyalardan danışa bilərik.

Bundan əlavə, Dördüncü Komitə, İsrailin özünə qarşı yönəlmiş saydığı 5 başqa qətnaməni də təsdiqləyib. Onlar fələstinli qaçqınlara yardım və onların hüquqlarına aiddir, həmçinin İsrailin İordan çayının qərb sahili, Şərqi Qüds və Holan təpələrini “ilhaq” etməsini tənqid edir.

İsrailin baş naziri Yair Lapid səsvermənin nəticəsini kəskin şəkildə pisləyib. O deyib: “Bu addım yerdəki reallığı dəyişməyəcək, Fələstin xalqına heç nə gətirməyəcək və gərginliyə səbəb ola bilər”.

Baş nazir Beynəlxalq Ədalət Məhkəməsi ilə bağlı qətnaməni dəstəkləyən bütün ölkələri Baş Assambleyada gələcək səsvermə zamanı öz mövqelərinə yenidən baxmağa və buna qarşı çıxmağa çağırıb.

98 ölkə İsrail məsələsinin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsinə səs verib, lakin israillilər ən çox təəccübləndirən onların arasında Ukraynanın da olmasıdır. “Ukraynanın, yəhudilərin Məbəd dağı ilə əlaqələrini inkar edən və Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyini tələb edən BMT qətnaməsini dəstəkləməsi son dərəcə məyusedicidir. BMT-də anti-İsrail təşəbbüslərinə dəstək İsrail və Ukrayna arasında etimadın qurulmasına töhfə vermir”, - İsrailin Kiyevdəki səfiri Mixael Brodski sosial media hesabında yazıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm