Yaxın Şərq
Əlcəzair prezidentindən Fransaya mesaj: "Göndərməyə hazırıq"
Əlcəzair artıq Fransaya daha çox qaz göndərməyə hazırdır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Əlcəzair prezidenti Əbdülməcid Tebbun deyib.
“Aİ və Fransa düşmənimiz deyil. Bizim mehriban qonşuluq münasibətlərimiz var. Əgər Fransa qaz tədarükünü artırmağı xahiş etsə, biz bunu edəcəyik”, - Tebbun bildirib.
Onun sözlərinə görə, hazırda qaz tədarükünün artırılması ilə bağlı Fransa tərəfdən heç bir müraciət olmayıb. Ancaq İtaliyadan artıq müraciət olunub.
Avqustun sonunda Fransanın Enerji Tənzimləmə Komitəsinin (CRE) prezidenti Emmanuel Varqon bildirib ki, 2022-ci il sentyabrın 1-dən “Qazprom”dan yanacağın tədarükünün dayandırılması Fransanın payız-qış aylarında enerji təhlükəsizliyinin səviyyəsinə təsir etməyəcək.
Bundan əvvəl Fransanın İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik naziri Bruno Le Maire bildirmişdi ki, qış sərt keçəcəyi təqdirdə Fransa hakimiyyəti ölkədə enerji qıtlığının qarşısını almaq üçün elektrik enerjisi norması təyin etməli olacaq.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








.jpg)




.jpg)

.jpg)



.jpg)





















