Yaxın Şərq
İsrail Ukraynaya üç zirehli tibbi maşın verdi

İsrail humanitar yardım çərçivəsində Ukraynaya üç zirehli təcili yardım maşını verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə Nazirliyi Ukrayna xilasetmə qüvvələrinə üç gülləkeçirməz təcili yardım maşını təhvil verib. İsrailin “Plasan Reem” şirkəti təcili yardım maşınlarını zirehliləşdirib və onları monitor, defibrilyator, oksigen verilməsi sistemi və s. kimi həyat xilas etmək üçün zəruri olan avadanlıqlarla təchiz edib”, - məlumatda deyilir.
Nazirlikdən qeyd edilib ki, daha bir belə maşın bir neçə həftə əvvəl Ukrayna tərəfinə verilib və o, artıq xilasetmə xidmətləri tərəfindən istifadə olunur.

-
Magazin111:06
Leylanı heç belə görməmisiniz - FOTO
-
İnanc10:21
Ən tənbəl BÜRCLƏR - Onlardan uzaq durun
-
İdman09:36
"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi
-
MDB09:00
General Rüstəm Muradov vəzifəsindən azad edildi
-
Nəqliyyat08:24
Bakının bir sıra yollarında tıxac yarandı - SİYAHI
-
Region08:13
Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
-
Ekologiya07:17
Novruz tətilindən sonrakı ilk iş günü hava necə olacaq?
-
İdman01:41
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər