Netanyahudan "Hizbullah"a XƏBƏRDARLIQ: "Livanı öz əlləri ilə..."
Bizi izləyin

Yaxın Şərq

Netanyahudan "Hizbullah"a XƏBƏRDARLIQ: "Livanı öz əlləri ilə..."

"Livan-İsrail sərhədində Hizbullah şiə təşkilatının eskalasiyası Livanın məhvinə səbəb ola bilər".

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

Siyasətçi deyib ki, İsrail tərəfi Hizbullahın ölkənin şimalındakı hərəkətlərinə qarşı çıxır. O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri terrorçu birləşmələri və döyüş sursatlarını məhv edir, döyüşçüləri sərhəddən daha da uzaqlaşdırır.

"Biz şimalda çəkindiriciliyi qoruyub, cənubda qələbə qazanmağa davam edəcəyik", - o vurğulayıb.

""Hizbullah" səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək", - baş nazir xəbərdarlıq edib.

Netanyahu bundan öncə də xəbərdarlıq etmişdi ki, "Hizbullah" hərəkatının fəallaşması və onun İsraillə HƏMAS arasındakı münaqişədə iştirakı dağıdıcı nəticələrə gətirib çıxaracaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm