Netanyahu hərbi kabineti buraxdı
Bizi izləyin

Yaxın Şərq

Netanyahu hərbi kabineti buraxdı

İsrailin baş naziri Benyamin Netanyahu nazirləri HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumundan sonra yaradılmış müharibə kabinetinin buraxılması barədə məlumatlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Netanyahu özü məlumat verib: "Kabinet Qantz ilə onun xahişi ilə koalisiya sazişi bağlamışdı. Qantz getdikdən sonra kabinetə ehtiyac qalmır".

İsrail hökumətinin başçısı həmçinin bildirib ki, koalisiyaya daxil olan partiyaların liderlərindən ibarət yeni hərbi kabinet formalaşmayacaq.

Məlumata görə, belə bir təkliflə İsrail Maliyyə Nazirliyinin rəhbəri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir çıxış ediblər.

Qeyd edək ki, iyunun 9-da İsrailin naziri və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz baş nazir Benyamin Netanyahunun fövqəladə hökumətindən istefa verdiyini açıqlayıb. Qantzın sözlərinə görə, o, bu qərarı İsrail hökumətinin bir neçə həftə əvvəl verdiyi ultimatumun şərtlərini yerinə yetirməməsi, yəni Qəzza zolağında gələcək fəaliyyət planlarını təqdim etməməsi səbəbindən verib. O, Netanyahudan erkən seçkilərin tarixini təyin etməyə və İsrail xalqının parçalanmasının qarşısını almağa çağırıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm