Yaxın Şərq
Həccdə dünyasını dəyişən zəvvarların sayı 1 300 nəfəri ötdü
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.
Məlumata görə, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni Həcc ziyarəti ediblər.
Bildirilib ki, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçid məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.
Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki, 52 dərəcəyə çatıb.
-
Sosial19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO