Generaldan ŞOK PROQNOZ: "İsrail İranla münaqişəyə girəcək"
Bizi izləyin

Yaxın Şərq

Generaldan ŞOK PROQNOZ: "İsrail İranla münaqişəyə girəcək"

"İsrail ordusunun Livan Hizbullahına qarşı hücum əməliyyatları keçirməsi İranın da iştirak edəcəyi münaqişəyə səbəb ola bilər".

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

Generalın fikrincə, şiələr döyüş potensialına və silahların sayına görə fələstinliləri üstələdiyi üçün "Hizbullah" HƏMAS-dan daha çox İDF üçün təhlükə yaradır.

“Məncə, İran Hizbullaha daha çox dəstək verməyə meylli olacaq. Bütün bunlar regionda münaqişənin genişlənməsinə töhfə verə bilər”, - Braun bildirib.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bildirmişdi ki, İsrail hakimiyyəti Livanla bağlı lazımi qərarları tezliklə qəbul edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm