İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Yaxın Şərq

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

İsrailin Milli Təhlükəsizlik Şurası İran, "Hizbullah" və HƏMAS-ın İsraillə əlaqəli xaricdəki hədəflərə hücum edərək cavab verə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, bununla əlaqədar olaraq, İsrail Milli Təhlükəsizlik Şurası vətəndaşlara bütün xaricə səfərlərini yenidən nəzərdən keçirmək tövsiyəsini təkrarlayıb. Ölkəni tərk etməli olan israillilərə “yəhudi və israilli kimliklərinin zahirən nümayişindən çəkinmələri” tövsiyə olunur.

Milli Təhlükəsizlik Şurası İsrailin müxtəlif ölkələrdəki səfirliklərinə, eləcə də sinaqoqlara hücum oluna biləcəyini istisna etmir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm