İsraildə İZDİHAM YAŞANIR: etirazçıların sayı 700 min nəfərə çatdı
Bizi izləyin

Yaxın Şərq

İsraildə İZDİHAM YAŞANIR: etirazçıların sayı 700 min nəfərə çatdı

İsraildə Qəzza zolağında atəşkəs razılaşması tələbi ilə keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı 700 min nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Ynet” portalı etiraz aksiyalarının təşkilatçılarına istinadən məlumat yayıb.

“Kütləvi mitinq şənbə günü Fələstin radikalları tərəfindən 330 gün əsirlikdə qalan 6 girovun öldürülməsi xəbərinin ardınca fəallar tərəfindən təşkil edilib. Bazar günü axşam ölkə boyu etiraz aksiyalarında 700 min insan iştirak edib, Təl-Əvivin Kaplan küçəsindəki əsas nümayişdə isə iştirakçıların sayı 550 mindir”, – məlumatda diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm