Türkiyə bu ölkəyə də PUA verəcək: Sentyabrın 4-də prezident Ankaraya gəlir
Bizi izləyin

Yaxın Şərq

Türkiyə bu ölkəyə də PUA verəcək: Sentyabrın 4-də prezident Ankaraya gəlir

Misir prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Əl-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq.

Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. “Milliyet” qeyd edir ki, tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti, Liviya və digər regional məsələləri də ətraflı müzakirə edəcəklər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm