İsrail ordusunda qalmaqal: Yadai istefa verdi
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusunda qalmaqal: Yadai istefa verdi

İsrail ordusunun Quru Qoşunlarının komandanı Tamir Yadai istefa verib.

Publika.az xəbər verir ki, Yadai şəxsi səbəblərə görə istefa verdiyini açıqlayıb.

O, 3 ildir ki, Quru Qoşunlarının komandanı idi. Yadaini əvəzləyəcək şəxs dəqiqləşənə qədər işlərini davam etdirəcək. Hələ ki, onun yerinə kimin keçəcəyi məlum deyil.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və müdafiə naziri Yoav Qallant Yadainin istefa ərizəsini təsdiqləyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm