Yaxın Şərq
"Hizbullah" onun öldürüldüyünü TƏSDİQLƏDİ
"Hizbullah" Livan hərəkatının hava qüvvələrinin komandiri Məhəmməd Hasin Sarurun İsrail Müdafiə Qüvvələrinin ( İDF ) hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
Publika.az xəbər verir ki, bunu ötən gecə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bəyan edib.
Qeyd edilib ki, İsrail hərbi hava qüvvələri sentyabrın 26-da Beyruta zərbələr endirib və Məhəmməd Hasin Saruru məhv edilib.
Qeyd edək ki, əsasən "Hizbullah" üzvlərinin istifadə etdiyi peycer və rabitə vasitələrinin sentyabrın 17-də və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Livan hakimiyyəti hadisədə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da yəhudi dövləti Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.
Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri Livanda Hizbullahın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. İsrailin "Hizbullah"a qarşı əməliyyatı “Şimalın oxları” adlanırıb.
Hüseyn İbadlı
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO