Yaxın Şərq
Netanyahu Makronun cavabını belə verdi: Tarixdən xəbəri yoxdur
İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Fransa prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə tarixdən xəbərsiz olduğunu və hörmətsizlik nümayiş etdirib.
Publika.az xəbər verir ki, Netanyahu bu barədə “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
“Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu yaratmadı”, - Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.
Netanyahu əlavə edib ki, BMT “1948-ci il müharibəsində iştirak etməyib”, lakin “Holokostdan və Vişi rejimindən sağ çıxan insanlar iştirak edib”. Sonuncu halda söhbət İkinci Dünya Müharibəsi zamanı alman işğalı zamanı fəaliyyət göstərən Fransanın kollaborsionist hökumətindən gedir. “Buna görə də BMT-nin İsrail dövlətini yaratdığını söyləmək tarixin üzücü təhrifidir”, - deyə Netanyahu yekunlaşdırıb.
Daha əvvəl “Le Parisien” qəzeti mənbələrə istinadla yazıb ki, Nazirlər Şurasının qapalı iclasında Makron bildirib ki, Netanyahu BMT-nin qətnaməsi əsasında ortaya çıxan yəhudi dövlətinin yaranma şəraitini xatırlamalıdır.
Tural
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO