İsrailin İrana hücumunun detalları açıqlandı: Hər şeyi məhv ediblər
Bizi izləyin

Yaxın Şərq

İsrailin İrana hücumunun detalları açıqlandı: Hər şeyi məhv ediblər

İsrail Hərbi Hava Qüvvələri İranın hərbi obyektlərinə qarşı əməliyyat zamanı ölkənin bütün strateji müdafiə imkanlarını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu məlumat yayıb. “Əməliyyat İranın bütün strateji müdafiə sistemlərinin, o cümlədən bütün uzaqmənzilli zenit-raket batareyalarının məhv edilməsi ilə nəticələndi”, - deyə İsrail Müdafiə Nazirliyi bildirib. Aydınlaşdırılır ki, İranın iki belə sistemi var: Rusiyanın S-300-ü və İranda hazırlanmış təkmilləşdirilmiş model.

“Beləliklə, İranda faktiki olaraq yalnız yerli istehsal olunan qısa mənzilli batareyalar qalıb”, - bəyanatda vurğulanır.

Ən böyük zərər Tehranda və ölkənin qərb bölgəsində qeydə alınıb, oradan əvvəllər ballistik raketlər İsrailə doğru atılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm